Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq.
Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək "İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.
Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.