Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.