Bakıda mənzilləri qarət edən dəstə tutuldu - oğrulardan biri qadındır

Cari il aprelin 9-dan mayın 3-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki evlərdən birindən qapının qıfılını sındırmaq yolu ilə məişət texnikası və əşyalar oğurlanıb.

Sabahinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Hacıyev, Vitali Qliyev, Bəhruz Mustafayev, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev və Kürdəmir rayon sakini Fərizə Heydərova tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 3 evdən ümumilikdə 1300 manat pul, 4270 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.