Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnmiş qəza barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, aprelin 29-da saat 01 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib.
T.Dadaşov hadisə yerində ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
F.Qasımov Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qəza nəticəsində Ölən Tərlan Dadaşovun Bakının tanınmış "Qoşa Qala" restoranının sahibi, hadisəni törədən Faiq Qasımovun isə Zabrat qəsəbəsindəki Vetrolyot Meydançasının rəisi olduğu bildirilir.