Oktyabrın 27-də "Nissan”Sunny markalı 90 SZ 043
dövlət nömrə nişanlı maşınımla qəzaya düşmüşəm. Maşın"Xalq sığorta”şirkətində icbar isığorta,
"Rəvansığorta”da isə tam sığorta (kasko) olunmuşdu.Maşın"NBS bank”da kreditdədir. 25 ayım qalıb (təxminən 4000 AZN ). Həray 20
gün öncədə nnizamla ödənişlər eləmişəm. Ümumilik də maşına 17000 AZN ödəməliyəm.
İndiyədək 13000 AZN-ə kimi ödəmişəm. Maşının 14900 AZN-ə kasko sığortalanıb. Hadisə zamanı sənədləri vaxtlı-vaxtında tələbolunan qaydada,
səliqəli tərtibeliyərək Sığortaya təqdim etmişəm.
Sağolsun"Xalqsığorta”nı,heç bir süni əngəl törətmədən boynuna düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfin maşınını düzəltdirdi.
Ancaq"Rəvansığorta”nə ictimaiyyət nümayəndələrini, nə bu işin tezhəlli üçün onlara zəng vurmuş millət vəklinin sözünü,nə də jurnalist dostların narahatlığına məhəl qoymur.
Özlərini elə aparırlar ki, sanki ölkədə heçkəsdən çəkinmirlər. Məəttəl qalınası işdir.Maşınımın vuruğuna 3-4 min AZN, özümə isə dəyən ziyana görə və "NBS bank”ın borcunu ödəməyim üçün 6200 AZN təklif edirlər. Üzümün abırına, daşıdığım soyada, imzama qoyduğum hörmətə görə və əjdaha dünyanın qaydalarını, "Rəvan sığorta”nın və onun da daxil olduğu "Nurgün” şirkətinin gücünü az-çox təsəvvürümə gətirdiyimdənrazılaşmalı oldum. Ancaq nəolsun? Kağızda ayırdıqları həmin cüzi məbləğ ibel əhəftələrdi rki, məni get-gəllərə,"bu gün get,sabah gəl”lərə salıb vaxtlı-vaxtında vermirlər. Ev-eşik, iş-güchamısı ərəbsaçına dönüb. Qərara gəldimki, mətbuata çıxarıım,bəlkə aidiyyatı qurumlar məsələyə müdaxilə eləyə. Ümidvaram ki, dövlətimizin gücünü göstərərək Maliyyə Bazarlarına Nəzarət Palatası dişsiz qurum olmadığını sübut edəcək. Korrupsiyaya qarşı Mübarizə İdarəsi ödəniləcək məbləğlərin nə dərəcədə vicdanla hesablanmasını və nədən bu qədər gec ödənilməsin reaksiya verəcək.
Həmid Ormanlı (Qaralov)