10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür. Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.
Sabahinfo.az-ın məlumatına görə, bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.