Dimitar Berbatov "Qəbələ"yə qarşı

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatovu transfer edib.

Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb.

XəbərdəSaloniki təmsilçisinin transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış bolqar futbolçunun keçidini həll etdiyi bildirilib. Lakin hələlik müqavilənin müddəti və qiyməti barədə açıqlama verilməyib.

Bolqarıstan mətbuatınınyazdığına görə, PAOKBerbatovun transfer xəbərini bu günrəsmən açıqlayacaq.

Qeyd edək ki, artıqYunanıstan mətbuatı da34 yaşlı futbolçununPAOK-a transfer olunduğunu yazıb.

Xatırladaq ki, karyerası ərzində "Bayer" (Leverkuzen), "Tottenhem", "Mançester Yunayted" və"Fulhem" kimi klublarda oynayan Berbatovun son komandası Fransanın "Monako" klubu olub.