Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.
Trend-in məlumatına görə, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.
Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.