Böyük biznesdə evdən işləmə və sərbəst qrafik tərəfdarlarının sayı artmaqdadır. Bunu mümkün edən əsas faktorlardan biri virtual videokonfranslar keçirməyə imkan verən texnologiyalardır. Epidemiya dövründə məcburi və müvəqqəti seçim kimi ortaya çıxmış uzaqdan çalışma qərarı indi bir çoxları üçün uzunmüddətli vəziyyət halına gələ bilər. Qlobal karantindən sonra daha sərbəst iş qrafiklərinə keçmək tərəfdarları arasında "Facebook" rəhbərliyi və Yeni Zenlandiyanın baş naziri Casinda Ardern də var. Cümə axşamı bu texnologiya nəhəngi elan edib ki, əməkdaşlarının evdən işləməsi praktikasını gələcəkdə də davam etdirəcək. Yeni Zenlandiyanın baş naziri isə daxili turizmə dəstək məqsədilə vətəndaşlara həftədə 3 gün istirahət verilməsini təklif edib. Karantindən sonra tədricən iş yeləri açılmağa başladıqca, əksər işverənlər yeni məşğulluq sxemlərini nəzədən keçirirlər.
"Facebook"un
qurucusu və rəhbəri Mark Zükerberq kompaniyanın 45 minlik personalına videomüraciətində
iyul ayından etibarən uzaqdan işləyəcək əməkdaşlar üçün aqressiv rekrutinqə
start veriləcəyini bildirib:
"Biz evdən işləməyə
genişmiqyaslı keçid prosesində ən proqressiv şirkət olmaq istəyirik"
("Financial Times").
Silikon vadisində yerləşən
digər yüksək texnologiya kompaniyaları da anoloji addımlar atıblar - bir gün əvvəl
"Twitter" və "Square" şirkətləri elan etmişdilərki, arzu edənlər
bundan sonra da evdən işləməyə davam edə bilərlər.
Cümə axşamı
"Shopify" elektron ticarət kompaniyasının rəhbəri Tobi Lutke də işçilərinə
müraciıt edib: ""Shopify" təyinatına görə də rəqəmsal
kompaniyadır. Ofislərə qapanmaq keçmişdə qaldı".
San-Fransiskoda yerləşən
"Coinbase" kriptobirjası bu işdə birinci olmaq istədiyini açıqlayıb.
Sərbəst iş qrafiki
siyasəti ofislərə qayıtmaqdan eyhiyat edənlərin maraqlarına uyğundur və bu,
ofislərdə sosial məsafə üçün yer problemini də həll edir.
Jacinda Ardern hesab
edir ki, 4 günlük iş həftəsinə keçmək iqtisadiyyatın inkişafına təkan verəcək,
iş və şəxsi həyat arasındakı balansı yaxşılaşdıracaq.
"Eşitmişəm ki,
çoxları iş həftəsinin 4 gün olmasını istəyir. Son qərar işverənlərlə işçilər
arasındakı razılaşmadan asılıdır, ancaq "Covid-19" epopeyası zamanı əldə
etdiyimiz təcrübə göstərdi ki, sərbəst iş qrafikləri məhsuldarlığı artırır"
- Ardern bunları "Facebook" profilindəki canlı yayım zamanı deyib.
Yeni trendə hay-tek nəhəngləri liderlik edir
Keçən il "Microsoft" şirkəti özünün Yaponiyadakı filialında 4
günlük iş həftəsi paraktikasını sınaqdan keçirib. İşin keyfiyyəti və işçilərin
məmnuniyyəti baxımından təcrübə uğurlu hesab olunub.
Ofisləri
tədricən açılmaqda olan kompaniya bildirir ki, iş yerləriylə bağlı hibrid
strategiyaya üstünlük verəcək.
"Əməkdaşlarımızın bir çoxu öz istəkləriylə oktyabr ayının sonuna qədər evdən işləməyə davam edə bilərlər" - "Microsoft"un nümayəndəsi belə deyib. Personalla iş üzrə mütəxəssislər evdən iş praktikasını əməkdaşların ofislərə kütləvi dönünüşünə yaxşı alternativ hesab edirlər. Kadrlar üzrə sinqapurlu məsləhətçi Elin Abraham hesab edir ki, "Bu, işləyən tələbələrə, gənc analara, övladlarıyla daha çox zaman keçirmək istəyən valideynlərə və yaşlılara qulluq etməli olan şəxslərə öz həyatlarını daha yaxşı planlaşdırmaq imkanı verəcək. "Covid-19" işverənləri əməkdaşlardan sərbəst iş qrafikiylə istifadə etməyi öyrətsə, bunu personalı idarəetmə sahəsində qələbə saymaq olar". Dinstansiyalı iş təcrübəsində irəliləmə kampaniyalara həm də bahalı ofis problemini həll etməyə kömək edəcək. "Mastercard" maliyyə korporasiyası bəzi ofislərini birləşdirməyi planlaşdırır. "Facebook" isə ABŞ-da bir neçə fəaliyyət mərkəzi yaratmağa hazırlaşır. "Yəqin ki, epidemiya bitəndən sonra bir çox şirkət ofislərinin sayını azaldacaq və işçilər evdən işləməyə başlayacaqlar. Fərqli kateqoriyalara aid personalın tələblərini necə ödəyəcəklərini izləmək maraqlı olacaq" - ofislər üçün kompüter avadanlıqları istehsal edən "PeopleStrong" kompaniyasının nümayəndəsi Adrian Ten belə deyir.
Böyük biznesin getdikcə daha çox nümayəndəsi evdən iş və sərbəst qrafik ideyasını dəstəkləyir. Virtual videokonfranslar təşkil etməyə imkan verən "Zoom" və "Google Meet" kimi yeni texnologiyalar bunun üçün əlverişli mühit yaradır. Marz Zükerberq bəyan edib ki, "Facebook" özünün "Workplace" proqramını təkmilləşdirərək bu perspektivli bazarda "Zoom" və "Slack"la rəqabət aparacaq.
Alternativ sxemlər işə gəlib-getmələrin sayını azaldaraq vacib olan
yerlərdə sosial məsafə tələbini ödəməyə yardım edəcək.
"Covid-19"
yüksək məhsuldarlığın sabit iş saatlarından və ofisdə çalışmaqdan asılı
olduğunu düşünən işverənlərin ənənəvi təfəkkürünü dəyişir" - kadrlar üzrə
məsləhətçi Emili Dreykott-Cons belə deyir.
Bir qaşıq
da qətran
Zükerberq "Facebook"da çalışanların yaşayış yerinə uyğun əməkhaqqı
alacaqlarını da deyib.
Evdən
işləməyə başlayıb yaşamaq üçün daha ucuz şəhərlərə köçənlər nəsə
qazanmayacaqlar. İyul ayında ofislərə qayıdacaq əməkdaşlar (Zükerberqin
təxmininə görə, 25%) o qədər də xoş olmayan yeniliklərlə üzləşəcəklər - bütün
gün maska taxmalı və tez-tez hərarətlərini ölçməli olacaqlar.
Los-Ancelesdə
yerləşən, artıq ofislərini açmağa başlamış "Snap" yüksək texnologiya
şirkəti bu ofislərdəki yeməkxanalarını bağlayır.
Yeni üsulla işləyənlər
Karantindən
sonra işin çevik təşkilini davam etdirmək planını əsasən böyük hay-tek
şirkətləri bəyan ediblər:
"Amazon":
işçilərə minimum oktyabr ayına qədər evdən işləmək imkanı verilib;
"Barclays":
hazırda 70,000 əməkdaşı evdən çalışır. Bankın rəhbəri Cess Steyli bəyan edib
ki, böyük şəhər ofisi keçmişdə qala bilər;
"Facebook":
evdən işləmə qaydasını 2020-ci ilin sonuna qədər uzadıb və bu strategiyanı daha
uzaq perspektivə tətbiq etməyi planlaşdırır;
"Google":
evdən işləmə təcrübəsi ilin sonuna kimi davam etdiriləcək;
"Mastercard":
işçilər özlərini qayıtmağa hazır hiss edənə qədər evdən işləyə bilərlər;
müxtəlif ölkələrdəki ofislərini birləşdirməyi planlaşdırır;
"Royal Bank of Scotland": evdən işləmə minimum sentyabrın sonuna
qədər davam edəcək;
"Shopify": 4 min işçi ilin sonuna kimi evdən işləməyə davam
edəcək;
"Twitter": kampaniyanın rəhbəri Cek Dorsi arzu edənlərə həmişəlik
evdən işləmək hüququ veriləcəyini bəyan edib.