Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən getdi

Formula 1 yarışlarında çıxış edən "Maklaren” komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb. 

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, 35 il komandaya rəhbərlik edən R.Dennis icraçı direktoru olduğu "McLaren Group”dakı vəzifəsindən də uzaqlaşıb.

Mətbuat bu qərarın qrupun digər şərikləri ilə yaşanan münaqişə nəticəsində verildiyini iddia edir.

Qeyd edək ki, Ron Dennis 1980-ci ildə "Maklaren”ə gəlib. O, bir il sonra komandaya nəzarəti ələ alıb. Dennisinin rəhbərliyi dövründə komandanın 10 pilotu dünya çempionu olub.