Gəncədə 18 yaşlı iki gənc bıçaqlanıb

Gəncədə bıçaqlanma olub. sabahinfo.az saytı xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nigar Rəfibəyli küçəsində baş verib. Şəhər sakinləri 1998-ci il təvəllüdlü Vahid Abdullayev və onun həmyaşıdı Şakir Kərimov bıçaqlanma xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına  yerləşdiriliblər. 

 

Əməliyyat olunanların vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.