Gəncədə oğru qadın tutulub

Oğurluq edən qadın Gəncə polisi tərəfindən tutulub.

Sabahinfo.az DİN-in saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 24-də şəhər ərazisindəki gözəllik salonlarından birində işçinin çantasından içərisində 2500 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Günel Yılmaz tutulub.