İranın Teleradio Təşkilatı televiziya verilişlərindən birində buraxılmış bir səhvə və yaranmış anlaşılmazlığa görə, İran azəri dillilərindən üzr istəyərək, verilişi hazırlayanlar cəzalandırılıblar.
İranın Teleradio Təşkilatının İctimai Əlaqələr Şöbəsi "Fitilə" verilişinin yayılmasının ardınca bir bəyanat yayıb. Bəyanatda qeyd edilib: "Əziz azərbaycanlı həmvətənlərimizin narahat olmalarına səbəb olmuş bu verilişin amillərinin diqqətsizliyi nəticəsində həmin verilişin yayımı dayandırılıb və onun pozuculuq etmiş amilləri ilə ciddi rəftar edilibdir.
Müxtəlif qövmlər İslami İranın böyük və əvəzolunmaz sərmayələridirlər və qövmlərin qarşılıqlı hörməti milli birlik və həmrəylik üçün müştərək mahiyyət hissini yaradıbdır ki, bu əziz ölkə hadisələr fırtınasına üstün gəlsin və öz vətənini mühafizə etsin.
Bu arada, İranın Teleradio Təşkilatı da İran İslam Respublikasının milli mediası kimi bu yeri və böyük İran ictimaiyyətinin bütün qövm və təbəqələrinə hörmətə əhəmiyyəti dərk edərək, müxtəlif zaman kəsiklərində daim bu milli sərmayə və xəzinənin gücləndirilməsi istiqamətində öz əzmkarlığını göstəribdir."