"Biri gəlib şüşə sındırır, başqa hərəkətlər edir" - Siyavuş Novruzov

"Bəzi adamlar qələbəmizin kölgə salmaq istəyir. Bunun üçün müəyyən məsələlərdən istifadə edirlər. Bunlardan biri qazilərin əlillik dərəcəsinin alınması ilə bağlıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

"Az sayda insanlardır ki, tələb edirlər onlara əlillik dərəcəsi verilsin. Biri gəlib şüşə sındırır, başqa hərəkətlər edir və s. Bunu olmazmı komissiya çağırılsın, ictimaiyət, mətbuat nümayəndələri dəvət olunsun və yoxlanılıb konkret deyilsin, əlillik düşür ya yox. Məsələ birdəfəlik həll olunsun. İkinci dəfə o insanda ortaya çıxmasın", -deyə deputat bildirib.