Milli komandamızın heyəti açıqlandı

"Dünya Çempionatı-2018”in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

sabahinfo.az saytı AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki milli komandaya 25 oyunçu çağırıb. 

Bunlar aşağıdakılardır: 
 

Qapıçılar: Kamran Ağayev ("Boavişta"), Səlahət Ağayev ("İnter), Anar Nəzirov ("Zirə").

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov (hamısı "Qarabağ"),Tərlan Quliyev ("İnter”), Pavel Paşayev ("Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov ("Qəbələ”).

Yarımmüdafiəçilər: Ruslan Abışov ("İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı "Qarabağ”), Dmitri Nazarov ("Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi”), Eddi İsrafilov ("Kadiz”, İspaniya), Emin Mahmudov ("Boavişta”, Portuqaliya), Elvin Məmmədov ("Zirə”).

Hücumçular: Ağabala Ramazanov ("İnter”), Ruslan Qurbanov ("Qəbələ”), Namiq Ələsgərov ("Qarabağ”), Ramil Şeydayev ("Trabzonspor”), Dəniz Yılmaz ("Bursaspor”).

Qeyd edək ki, "Bursaspor"un hücumçusu Dəniz Yılmaz ilk dəfə millimizə çağırılıb.


Xatırladaq ki, Azərbaycan millisi hazırda 7 xalla qrupda 2-ci yerdə qərarlaşıb.

 

1.

Almaniya

3

3

0

0

8:0

9

2.

Azərbaycan

3

2

1

0

2:0

7

3.

Şimali İrlandiya

3

1

1

1

4:2

4

4.

Norveç

3

1

0

2

4:5

3

5.

Çexiya

3

0

2

1

0:3

2

6.

San Marino

3

0

0

3

1:9

0