Gələn il Bakıda keçiriləcək qadınlar arasında voleybol üzrə dünya çempionatının seçmə mərhələsində millimizin əsas rəqiblərindən olan Hollandiya yığması baş məşqçisiz qalıb.
Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, "narıncılar"a rəhbərlik edən Covanni Quidetti istefa verib.
Türkiyənin "Vakıfbank" klubunu da çalışdıran italiyalı mütəxəssisin yaxın günlərdə qardaş ölkənin yığmasında da işləyəcəyi gözlənilir.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Qeyd edək ki, Hollandiya seçmə mərhələdə millimizin əsas rəqibi hesab olunur.