BMT-nin humanitar fəaliyyət üzrə koordinasiya idarəsi Əfqanıstanda ərzaq və həyat üçün zəruri olan digər malların tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib.
İdarənin nümayəndəsi Yens Layerk "Yemək və həyat üçün zəruri olan başqa mallar tezliklə qurtaracaq. Biz beynəlxalq donorları sürətli və səxavətli dəstək verməyə səsləyirik”, deyə bildirib.
Layerk sentyabrın 13-də Cenevrədə BMT baş katibi Antonio Quterreşin başçılığı ilə nazirlər səviyyəsində "Əfqanıstan" mövzusunda beynəlxalq konfransın keçiriləcəyini bildirərək, "2021 -ci ilin qalan dörd ayında təxminən 11 milyon insana kömək etmək üçün 606 milyon dollar yardım istəyirik" deyib.
Layerk Əfqanıstan Konfransının tələb etdikləri maliyyələşməni təmin etmək üçün bir fürsət olduğunu vurğulayıb.
Yalnız bu il Əfqanıstanda 8 milyon insanın humanitar yardım aldığını ifadə edən Layerk "Ancaq Əfqanıstanda əsas xidmətlər çökür, ərzaq və digər həyat qurtaran yardımlar tükənir" deyə xəbərdarlıq edib.