"Özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bununla da özəl sektorun payının ÜDM-də 85 faizə, məşğulluqda isə 74 faizə çatmasına zəmin yaradılıb".
"Qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günə qədər 36 minə qədər sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 milyard manat olan layihələr üçün 2,3 milyard manat güzəştli kredit verilib”.
Onun sözlərinə görə, maliyyələşən layihələrin 1 milyard manatı dövlət büdcəsindən ayrılmış vəsaitlər, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına formalaşıb:
"Son 3 ildə Sahibkarlığın İnkişafı Fonduna dövlət büdcəsindən maliyyələşmə ayrılmır. Bu da o deməkdir ki, real sektora qoyulan investiyalar nəticəsini verməkdədir. Bu tədbirlər ölkədə özəl sektorun formalaşmasına, ölkə iqtisadiyyatının lokomotivinə çevrilməsinə şərait yaradıb. Bu gün Azərbaycan iş adamlarının istehsal etdikləri məhsulları "Made in Azerbaijan" brendi ilə satılır, tanınır".