Böyük Qayıdışın böyük hədələri var

Ötən əsrin sonlarına yaxın – 90-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinin qurbanı olan yüz minlərlə vətəndaşımız öz yurd-yuvalarından, ev-eşiklərindən zorla didərgin salındılar,  qaçqın və məcburi köçkünə çevrildilər. 30 il ərzində daim Vətən həsrəti ilə yaşayan, el-obalarına qayıtmaq ümidi ilə alışıb-yanan soydaşlarımızın arzuları bu gün çin olur. 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi və 44 gün davam edən “Dəmir yumruq” – Vətən müharibəsi parlaq qələbəmizlə yekunlaşdı. 2023-cü ildə isə separatçıların kök saldığı ərazilərimiz də antiterror tədbirləri zamanı erməni qəsbkarlarından təmizləndi. Ərazilərimiz işğalçılardan təmizləndikdən sonra Böyük Qayıdış proqramı hazırlandı. 2022-ci ildə baş tutan Böyük Qayıdış prosesinin ilk yolçuları Zəngilan rayonunun Ağalı kənd sakinləri oldu, onların ardınca isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçlər başladı, sakinlər geriqayıdış sevincini yaşadılar.
2024-cü ilin 24 mayında isə Ermənistanla razılıq əsasında Qazax rayonunun işğalda olan 7 kəndindən dördü Azərbaycana qaytarıldı. Keçmiş məcburi köçkünlər həmin günü -  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasının təmin edilməsini, kəndlərimizin qaytarılmasını - böyük sevinclə qarşıladılar. Bu 32 ildə Qazaxın işğalda olan kəndlərinin sakinləri heç zaman geri qayıdacaqlarından ümidlərini kəsməyiblər. Qazaxın hazırda işğalda olan 3 kəndinin sakinləri də ərazilərin dinc şəkildə geri qaytarılacağına inanırlar. Nə Ermənistan, nə də onun havadarları bundan sonra bizim xalqımıza yaşatdıqları o məşəqqətli günləri, faciələri təkrar yaşada bilməyəcəklər.
Artıq heç kəsdə şübhə yoxdur ki, Böyük Qayıdış çərçivəsində Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinləri də zamanı gələndə öz evlərinə qayıdacaqlar.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan xalqı şəhidlərimizi hər zaman yad edir, qazilərimizlə öyünür. 
Gələcəkdə Böyük Qayıdış konsepsiyasının əhatə dairəsinin daha da genişləndirilməsi mümkündür. Çünki bizim hələ Zəngəzur dəhlizi, Qərbi Azərbaycanlıların oz yurdlarına qayıtması məsələsi var.  Ermənistan istəsə də, istəməsə də Zəzngəzur dəhlizinin açılmasını və Sovet dövründə deportasiya olunmuş azərbaycanlıların qayıdışını təmin edəcəkdir. Azərbaycan bu məsələlərin həlli üçün Ermənistana təzyiqini gücləndirməli, qeyd olunan iki amil sülh sazişinin ayrılmaz hissəsini təşkil etməlidir. 
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın inzibati-ərazi bölgüsündə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının öz tarixi qərar idi.  Bolşeviklər tərəfindən 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun işğal edilərək daşnak Ermənistanına verilməsi tarixi ədalətsizlik idi. Məqsəd ətraf ərazilərin, xüsusən də Naxçıvanın Azərbaycandan qopardılıb Ermənistana birləşdirilməsi idi.  SSRİ-nin qərb sərhədlərində özünün hərbi bazasını qurmaq, forpostunu yaratmaq niyyətində idi. Buna görə də Qərbi Zəngəzur Azərbaycandan alınaraq Ermənistana hədiyyə edildi.  
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Zəngəzur dəhlizinin yaradılmasına təkan verəcək. Məhz Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq dəmir yolu və avtomobil qovşaqları ilə Azərbaycanın iqtisadi rayonları ilə ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yenidən bərpa olunması təmin olunacaqdır. Böyuk Qayıdış Azərbaycanın Zəngəzur dəhlizi ilə dünyaya çıxışını asanlaşdıracaq. Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açır. 
Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri Zəngəzur dəhlizinin açılmasına hesablanı. Bu regionda bütün kommunikasiyaların bərpa edilməsini nəzərdə tutur. Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkatdır. Buna görə də Böyük Qayıdış  Azərbaycan üçün həm regional, həm də beynəlxalq əhəmiyyətli kosnepsiyadır.

 

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.