“Qarabağ” Yunanıstandan 3 xalla qayıdır

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində bu gün növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz səfərdə PAOK-la qarşılaşıb.

 

İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək, qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də qələbə ilə dönməyi bacarıb.

 

Matçdan öncə oynayacağı sual altında olan Miçelin yeganə qolu səfərdə tarixi qələbəyə bəs edib.

 

Bununla da çempionumuz nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayıb, hətta əsas hədəf uğrunda inamlı addım da atıb.

 

Üstəlik ağdamlıların ötən mövsüm "Yanq Boyz”la oyundan bəri 7 matçdı ki, davam edən səfərdə qələbəsizlik seriyasına da son qoyulub.

 

 

Avropa Liqası

IV tur

3 noyabr

 

J qrupu

PAOK (Yunanıstan) – "Qarabağ” - 0:1

Qol: Miçel, 69

 

Baş hakim: Con Biton

 

Saloniki. "Tumba” stadionu