“Qarabağ”dan daha bir ilk

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın "PAOK” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ” komandası daha bir ilkə imza atıb. sabahinfo.az saytı xəbər verir ki, komandamız UEFA-nın reytinq cədvəlində 13 pillə irəliləyib. Hazırda "Qarabağ” komandası 18.050 xalla 99-cu yerdə qərarlaşıb. "Qarabağ” bununla da ilk yüzlükdə qərarlaşan birinci Azərbaycan klubu olub.