Bakıda avtobus sürücüsü işdən azad edilib. Bu haqda Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai Əlaqələr və Maarifləndirmə Şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, istifadəçi tərəfindən daxil olan şikayət araşdırılıb:
"20 saylı marşrutla bağlı istifadəçimizdən daxil olan şikayət və fotoşəkillər əsasında araşdırma aparılıb. 10-TG-704 -seriyalı avtobusun sürücüsü A. Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara tərəfindən mütəmadi yol verildiyi üçün BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib”.
N.Allahyarova qeyd edib ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir:
"Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. BNA olaraq bu kimi hallarla bağlı iradlarınızı, təklif və şikayətlərinizi gözləyirik”.