Rəsul Cəfərovun cinayət işi üzrə

Həmin cinayət işi Azərbaycan Respublikasının bir sıra QHT-lərin, xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında 22 aprel 2014-cü iltarixdə Cinayət Məcəlləsinin 308.1, 313-cü maddələri ilə  başlanmış və istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılıb. İstintaq zamanı toplanmış sübutlara əsasən, hüquqi qeydiyyatı olmayan "İnsan Hüquqları Klubu” İctimai Birliyinin həmtəsisçisi və sədri Cəfərov Rəsul Ağahəsən oğlunun qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək, külli miqdarda gəlir əldə etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsinə ödənilməli olan xeyli miqdarda vergiləri ödəməkdən yayınması müəyyən edilib. İttiham aktına əsasən, R.Cəfərovun törətdiyi cinayət əməlləri onun özünün, zərər çəkmiş və şahid ifadələri, üzləşdirmə, baxış, axtarış və götürmə protokolları, yoxlama aktları, ekspertiza rəyləri, rəsmi sənədlər və işində digər faktiki halları ilə kifayət qədər təsdiq olunub, ona görə də 12 dekabr 2014-cü il tarixdə onun CM-nin 179.3.2 (külli miqdarda özgə əmlakını mənimsəmə), 192.2.2 (külli miqdarda gəlir əldə etməkə qanunsuz sahibkarlıq),  213.1 (xeyli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələriilə təqsirləndirilən şəxs qismində olunması barədə qərar qəbul edilib. CM-nin həmin maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

***

"Sabahinfo"nun məlumatına görə, Rəsul Cəfərova elan edilmiş ittihamlarda göstərilib ki, o, 10 dekabr 2010-cu il tarixdə Bakı şəhərində təsis olunmuş "İnsan hüquqları klubu” adlı quruma təsisçilərin ümumi yığıncağının həmin tarixli qərarı ilə sədr vəzifəsinə seçilərək 13 iyun 2000-ci il tarixli "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə zidd olaraq dövlət qeydiyyatına alınmadan qeyri-hökumət təşkilatı adı altında hüquqi şəxs statusunda fəaliyyət göstərərək beynəlxalq və xarici dövlətlərin donor təşkilatlarından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr üzrə qrant adı ilə külli miqdarda maliyyə vəsaitləri alıb. Özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihərə rəhbəri təyin etməklə həmin pul vəsaitlərini təyinatı üzrə istifadə etməyib. Müxtəlif vəzifələrə işçilər cəlb edərək guya xidmətlərin göstərilməsi, işlərin görülməsinə görə xidmət haqlarının ödənilməsi barədə tərəflərin razılaşdırdıqları məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş rəsmi sənəd olan müqavilə, təhvil-qəbul aktı, kassa məxaric orderləri və mədaxil qəbzləri əsasında 2010-2014-cüi llərərzində 150 636,37 manat məbləğində külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə talamış, müvafiq icrahakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də layihələrə cəlb edilmiş digər şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil edib. Qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 150 170,62  manat məbləğində külli miqdarda gəlir əldə etməklə fiziki və hüquqi şəxslərin, eləcə də cəmiyyətin və dövlətin iqtisadi maraqları üzrə hüquq və mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qulluq səlahiyyətlərindən tamah niyyəti ilə sui-istifadə edib vəzifə saxtakarlığı ilə qanunsuz sahibkarlıqla məşğul olaraq 6 257,11 manat xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

***

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hazırlıq iclası 15 yanvar 2015-ci il tarixdə keçirilib, məhkəmə baxışı 27 yanvar 2015-ci il tarixdən başlanıb. Rəsul Cəfərovun ona elan olunmuş cinayətləri törətməsi həmçinin məhkəmə istintaqında tədqiq olunmuş onun özünün, zərər çəkmiş şəxs qismində tanınmış İmranlı Nicat Cavanşir oğlunun, Cəbiyev Anar Rizvan oğlunun, Əhmədov Cahangir Kazım oğlunun, Verdizadə Seymur Vaqif oğlunun, Heybətov Əhməd Nurəddin oğlunun, şahid qismində dindirilmiş Kryuçkina Tatyana Vladimirovnanın, Qasımov Azər Alxan oğlunun, Novruzov Əli Səidqulu oğlunun, Xəlilov Həmid Cəfər oğlunun, Ələsgərov Rüfət Azər oğlunun, Həsənov Ülvi Fəxrəddin oğlunun, Namazov Şahvələd Abutalıb oğlunun, Əzizov Pərviz Əmrah oğlunun, Sadiqov Elçin Əli oğlunun, Məmmədov Elnur Akif oğlunun, İsmayılova Günay Abid qızınun, Qurbanov Cavid Camal oğlunun, Şirinov Rəşad Ramiz oğlunun ifadələri, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1 avqust 2014-cü il tarixli qərarına əsasən yaradılmış Vergilər Nazirliyinin, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə olan yoxlama komissiyasının 14 noyabr 2014-cü il tarixli aktı, məhkəmə-xəttşünaslıq ekspertizasının 03 noyabr 2014-cü il tarixli 19472 №-li, 05 dekabr 2014-cü il tarixli 22294 №-li rəyləri, məhkəmə-mühasibatlıq ekspertizasının 09 dekabr 2014-cü iltarixli 22275 №-li rəyi, Ədliyyə Nazirliyinin 04 avqust 2014-cü il tarixli 11/2442  №-li məktubu, cinayət işi materiallarına əlavə olunmuş qrant müqavilələri və bank sənədləri-məxaric orderləri, kassa çek vərəqləri ilə və cinayət işinə əlavə olunmuş digər sənədlərlə kifayət qədər təsdiq olunub. Ona görə də, məhkəmədə iştirak edən dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxs Rəsul Cəfərovun CM-nin 179.3.2, 192.2.2,  213.1, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi təklif edilib.