"Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda bu gün "Yuventus"la keçiriləcəkmatçda oynamaya bilər.
Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu komandanın son məşqində belində ağrı hiss edib.
Bu barədə ilk öncə komanda yoldaşı Fabio Koentraoya şikayət edən Ronaldo daha sonra həkimlərə müraciət etməli olub.
Təcrübəli futbolçu həkimlərin nəzarəti altında müəyyənhərəkətlər yerinə yetirib. Mənbənin verdiyi məlumata görə, yüngül zədəyə baxmayaraq, Ronaldo bu axşam "Yuventus"a qarşı oynayacaq.
Qeyd edək ki, "Yuventus" - "Real" oyunu bugün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.