Rusiyada dəhşətli qəza: - Onlarla insan ölüb və yaralanıb

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, ölənlərin 10-u uşaqdır.

Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub.

Qəzanın səbəbkarı avtobus sürücüsü olub.  Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.