"Manchester City"nin müdafiəçisi Bakari Sanya cəzalandırıla bilər. Goal.az xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (FA) fransalı futbolçudan "Burnley" ilə oyundan sonra hakimlik barədə sözlərinə görə açıqlama tələb edib.
"10 nəfərlə 12 nəfərə qalib gəlməyi bacardıq", - Sanya yazmışdı. Qeyd edək ki, həmin oyunda referi Li Meyson Fernandinyonu meydandan qovmuşdu.