Ermənistan prezidenti Serj Sarkisyan Suriya prezidenti Bəşər Əsədə Tartus, Latakiya və digər yaşayış məntəqələrində çox sayda mülki şəxsin ölməsi ilə nəticələnən terror aktlarının törədilməsi ilə əlaqədar başsağlığı verib.
sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
"Sizə və dost olan Suriya xalqına, ölənlərin yaxınlarına səmimi başsağlığımı çatdırır, yaxınlarına səbr, yaralılara sağalmalarını arzu edirəm", - deyə məlumatda bildirilir.