Sloveniyanın İzola şəhərində 68 yaşlı kişi müalicə aldığı xəstəxanada atəş açıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 həkim və 1 polis əməkdaşı ölüb, daha 2 nəfər xəsarət alıb.
Cinayəti törədən şəxs hadisə yerini tərk etməyə cəhd göstərərkən polis tərəfindən güllələnib. İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin məlumata əsasən, cinayətkar bundan əvvəl məhkumluq həyatı yaşayıb.