“ABŞ özünün başlıca prinsiplərindən biri kimi ədələti qəbul edib”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Musa Qasımlı deyib
“Biz Amerikadan bu dövrdə heç bir ədalət görmədik. Gözləyirdik ki, Amerika Azərbaycanın qələbəsini təbrik edəcək, lakin onlar yenə də özlərini göstərdilər. Bu akt qəbuledilməzdir. Belə bir sənədin qəbul edilməsinin başlıca səbəbi odur ki, regionda düşmənçilik yaradıb nüfuz etmək istəyir. Sənədə səs verənlərdən soruşmaq lazımdır, bu akt Amerikanın ədalət prinsipinə uyğundurmu? Azərbaycan əraziləri işğal olunanda, soyqırımı olanda, abidələr məhv ediləndə harda idiniz? Niyə Xocalı soyqırımını qeyd etmədiniz? Bu qərar qanunlara tamamilə ziddir və sonda Amerikanın özünə qayıdacaq. ABŞ-ın maraqları erməni iddialarından üstün olmalıdır. Biz cəmiyyət olaraq bir suala cavab verməliyik. Qazandığımız qələbə təkcə ermənilər üzərində deyil, Azərbaycanın iddiaları qalib gəlib. Biz yolumuza davam etməli, cənab prezidentin siyasətini müdafiə etməliyik”.