A321 sərnişin təyyarəsinin göyərtəsindəki terror aktı dünya ictimaiyyəti üçün siqnaldır.
Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəriRamzan Kadırov bəyan edib.
O, həmçinin qeyd edib ki, beynəlxalq terrorizmin tezliklə məhv edilməsi üçün bütün dövlətlərin səylərinin birləşdirilməsi tələb edilir.
"Bu, bütün dövlətlər üçün siqnaldır, o cümlədən də Qərb və Avropa üçün. "Şeytanlar” bununla onlar üçün müqəddəs heç nəyin olmadığını nümayiş etdirirlər.
Onlar insanları xristian və müsəlmanlara bölmürlər, onlar hamını partladırlar. Uşaqları, qadınları, siyasətlə, beynəlxalq terrorizm ilə heç bir əlaqəsi olmayan insanları necə öldürmək olar?!
Bu, dəhşətdir! İslamda bu yoxdur. Ona görə də biz həmişə deyirik və təkrar edirik ki, bu qruplaşmanın islam ilə heç bir əlaqəsi yoxdur. Onları "İslam dövləti” adlandıranda bütün müsəlmanları təhqir edirlər. Bu, bütün dünya ictimaiyyətinə qarşı toplaşmış "şeytanlar”dır”, - Kadırov çərşənbə axşamı jurnalistlərə deyib.
Bununla yanaşı o, Qərb və Avropanın birləşməsindən asılı olmayaraq, İŞİD-in məhv ediləcəyindən əmin olduğunu bildirib:
"Bu, mümkündür, sözsüz etmək olar. Əsas olan bunun hansı müddətə ediləcəyidir. Əgər biz beynəlxalq terrorizm üzrə mübarizədə səylərimizi birləşdirsək biz bunu daha tez edəcəyik. Əgər tək-tək mübarizə aparsaq biz onları onsuz da məhv edəcəyik, çünki şər məhv edilməlidir, amma bunu daha uzun müddətə edəcəyik.
Biz onları Qafqazda məhv etdik, əsasən də Çeçenistan respublikasında. İndi onları Suriya və İraqda məhv etməyin zamanı gəlib. Hər şey bu işdə neçə dövlətin iştirak edəcəyindən və qarşılıqlı fəaliyyətimizin hansı səviyyədə olacağından asılıdır”, - Kadırov deyib və əlavə edib ki, Sinay səmasında baş verən hadisə Misir xüsusi xidmətlərinin yarımçıq işinin nəticəsidir.