Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Sabahinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə “Pirəkəşkül Broyler fabriki” ölçü qovşağından qidalanan “Müşfiqabad (Əhali)” qaz kəmərində noyabrın 16-da saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonun Müşfiqabad, Binəqədi rayonunun isə 28 May qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.