Bu mülki missiya yox, casus şəbəkəsidir 

"2024-cü il Errmənistan -Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından aktiv bir dövr olub. Lakin Ermənistanın   qeyri-konstruktiv addımları səbəbindən sülh müqaviləsini imzalamaq mümkün olmayıb".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib: "Məlum olduğu kimi  sülh müqaviləsinin 17 bəndindən artıq 15-i üzərində razılıq əldə edilib. Ancaq Azərbaycanın prinsial mövqeyi ondan ibarətdir ki, sülh müqaviləsindən sonra regionda hər hansı üçüncü tərəf olmamalıdır. Söhbət konkret Avropa İttifaqının missiyasından gedir. Bu o deməkdir ki, Ermənistan sülh müqaviləsinin bağlanması istiqamətində heç bir addım atmır. Əksinə, missiyada təmsil olunan ölkələrin saylarını artırır. Bu mülki missiya yox, cəsus şəbəkəsidir. Burada söhbət Avropa İttifaqı və NATO birliyinin əməkdaşlığından  gedir. Belə məlum olur ki, Ermənistan  sülh müqaviləsinin imzalanmasını  2027-ci  ilə qədər uzatmaq istəyir".