Xəzərdəki hadisə yerindən - FOTOLAR

Xəbər verdiyimiz kimi dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakada uçub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "Vixr-5” və "Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

 

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 

1. Zülfüqarov Güloglan - maşinist 
2. Zülfüqarov Azay - operator 
3. Qurbanov Vidadi - operator 
4. Həsənov Elçin - mexanik 
5. Hacıəliyev Həsənağa - operator 
6. Qafarov İlham - operator 
7. Əsədov Samir - operator 
8. Bəhrəmov Cavid - operator 
9. Abbasov Ramiz - maşinist 
10. Rüstəmov Qorxmaz - operator 

Onlardan Cavid Bəhrəmov və İlham Qafarovun meyiti sudan çıxarılıb.

 

sabahinfo.az hadisə baş verən platformadan fotoları təqdim edir: