Azərbaycan incəsənəti bizə bir çox tanınmışlar bəxş edib ki, biz indidə onların gördüyü işləri sevərək və böyük rəğbətlə izləyirik.
Fuad Əhmədovda bu aktyorlardan biri idi və yaratdığı hər bir rol onu bu gün əbədi yaşar edib. O, 1988-ci ildə və 1996-cı illərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə "Tənqid-Təbliq” teatrında aktyor kimi fəaliyyət göstərib. 1996- cı ildən yenidən Musiqili Komediya Teatrına qayıdaraq ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərib. Fuad Əhmədovun bu günədək maraqla izlənilən bir çox film və tamaşaları var. Onlardan "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"-da məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslan və bir çox tamaşalarda müxtəlif obrazlar yaradıb. Eyni zamanda "Yük", "Qəzəlxan", "Şirbalanın Sonuncu Məhəbbəti " və bir çox bədii filmlərdə müxtəlif obrazlar yaradıb.
O, 10 may 2004-cü ildə vəfat edib.