Cavanşir Paşazadə: “Cənab Prezident İlham Əliyevin uğurları Azərbaycanın nüfuzu günü-gündən artır”

Milli Məclisin deputatı Cavanşir Paşazadə SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində bir sıra məqamlara aydınlqı gətirib.

-Cavanşir müəllim vandal ermənilər Ağdamdan sonra Füzuli və Zəngilana dair mina xəritələri təhvil verdi. Bu məsələyə münasibət bildirməyinizi sizdən xahiş edərdik.

-44 Günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müharibə səngərdə bitdi. Ancaq siyasi müstəvidə davam edir. Ermənilər uzun illərdir ki, işğalda saxladıqları ərazilərə minalar yerləşdiriblər. Onlar bilirdilər ki, Azərbaycan gec-tez öz torpaqlarını alacaq. Minaları yerləşdirməklə daha çox  tələfat törətmək, daha çox texnikaya ziyan evrmək kimi plan quran düşmən artıq geri addım atmalı olub. Müharibədən keçən müddət ərzində mina xəritələrinin verilməsi ilə bağlı Azərbaycan tərəfinin çağırışlarına müxtəlif bəhanələrlə cavab verməyən Ermənistan rəhbərliyi cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəbhədə olduğu kimi bu sahədə də geriyə addım atmalı oldu. Bildiyiniz kimi Füzulidə aeroport və bir sıra insrastruktur obyektləri tikilir. Bu xəritələrin alınması işləri daha da sürətləndirəcək.

Bir daha qeyd edirəm ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bəli, bu belədir. Regionda sülh və sabitliyin qarantına çevrilən Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı diplomatik məharəti ilə bir-birinin ardınca uğur qazanmaqdadır.


-Cavanşir müəllim işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri barəsində nə deyə bilərsiniz?

 

- 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki baza, məscidlərimiz, evlərimiz məhv edilib. Ermənilər məscidlərimzidə donuz saxlayırdılar. O, müqəddəs yerləri murdarlayırdılar. Bununla bağlı cənab Prezident İlham Əliyev çıxışlarında xüsusi qeyd edirdi. O, bu sahə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlara davamlı çağırışlar edirdi. Təəssüflər olsun ki, heç bir beynəlxalq təşkilat bu yöndə addım atmadı. Cənab Prezident başda olmaqla Müfəzzər Ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etməklə yanaşı orada yerləşən dini məbədlərimizin paklığa qovuşmasını təmin etdi. İndi, Ağdam məscidində, Şuşa məscidində azan səsləri eşidilir. Biz buna görə cənab Prezidentə təşəkkür edirik. İşğaldan azad edilmiş ərazilərin bərpası məsələsinə gəlincə bu istiqamətində genişmiqyaslı fəaliyyət davam edir. Artıq bir sıra istiqamətlərdə, xüsusən, regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmiryol xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir. Cənab Prezidentində dediyi kimi işğaldan azad olunan ərazilərimiz qısa zamanda cənnətə çevriləcək. Qısa zamanda erməni vandallarının xarabalığa çevirdiyi ərazilərimizdə həyat canlanacaq. İnanıram ki. Azərbaycanın ürəyi Şuşada döyünəcək. Şuşa nəinki bölgənin dünyanın ən gözəl şəhərləri sırasında yer alacaq. Artıq bu istiqamətdə ciddi addımlar atılır.