Çempionumuz himni ağlayaraq dinlədi - Video

İstanbulda karateçilərin 50-ci Avropa çempionatının keçirilməsi və yarışda milli komandamızın mükafatlar qazanması barədə xəbər vermişdik.

75 kq-dək çəki dərəcəsində Rafael Ağayev Avropa çempionatının qalibi adını qazanıb.O, finalda öz çəkisində ən güclülərdən sayılan almaniyalı Noah Biçi məğlub edərək qızıl medal qazanıb.

Çempionumuz Azərbaycanın himni səslənən zaman sevinc göz yaşlarını saxlaya bilməyib.