DÇ 2026-nın keçiriləcəyi şəhərlərin adları AÇIQLANDI

026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumat FIFA-nın "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda öz əksini tapıb.

Turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq.

Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə keçiriləcək.

Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.