Noyabr ayının 16-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.
Sabahinfo.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 20-ə yaxın seçici iştirak edib.
Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, deputat bəzi məsələlərlə bağlı öz tövsiyələrini verib. Şəxsi məişət problemlemləri ilə bağlı bir neçə məsələ yerində həll olunub. Həmçinin sosial müdafiə məsələləri, digər cari məsələlərlə bağlı da müraciətlər edilib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.