20-21 mart tarixlərində Şabran rayonunda şəhid ailələrini ziyarət edərək onları Novruz bayramı münasibətilə təbrik edib, qayğı və ehtiyacları ilə maraqlandıq.
Ailələri narahat edən bəzi məsələlər elə yerindəcə həll edildi, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alındı. Şəhid ailələrinin rifahı və sosial problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir və bizdə bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.
Mahir Suleymanlı
Milli Məclisin dəputatı


