DGK İdman Sağlamlıq Mərkəzinin idmançısı beynəlxaq turnirdə qələbə qazanıb

Qazaxıstanın Astana şəhərində keçirilən Yunan-Roma güləşi üzrə gənclər arasında (U-20) Beynəlxalq turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idmançısı Ruslan Nurullayev qızıl medal qazanıb.

Milli komandanı 72 kq çəki dərəcəsində təmsil edən idmançımız turnirdə bütün rəqiblərini məğlub edib.

Yarışda 12 ölkəni təmsil edən 130-dan artıq idmançı iştirak edib.

Xatırladaq ki, Qazaxıstan Güləş Federasiyasının təşkilatçılığı, Asiya Güləş Federasiyasının dəstəyi ilə keçirilən beynəlxalq turnir Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunub.