Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sabahinfo.az xəbər verir ki, qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000,0 manat olacaq.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.