20 minə yaxın azərbaycanlının amansızcasına öldürüldüyü, on minlərlə insanın itkin düşdüyü 31 mart soyqırımının növbəti il dönümüdür. Bu hadisə barəsində aparılan tarixi araşdırmalar və ortada olan faktlar onu deməyə əsas verir ki, baş verənlər erməni xislətinin acımasız üzüdür.O ermənilər ki. tarix boyu azərbaycanlılara qarşı müxtəlif terror və soyqırım hadisələri həyata keçirib və tarixin elə bir üzü yoxdur ki, biz bu soyqırımları qeyd etməyək.
Məsələnin mahiyyətinə gəlincə “Böyük Ermənistan” xülyasına düşən mənfur qonşularımız bu röyalarını həyata keçirmək üçün sadə, əliyalın insanları xüsusi amansızlıqla öldürərək onları qorxutmaq, Bakı ilə yanaşı regionlarda çaşqınlıq yaratmaq niyyətində idilər. Baş vərənlər sadəcə insan övladına qarşı xüsusi amansızlıq kimi qiymətləndirilir. Hadisə şahidlərinin dediklərindən aydın olur ki, məqsədli şəkildə həyata keçirilən prosesdə qadın və uşaqlar da hədəf olub. O zamankı hadisələrin canlı şahidlərindən olmuş Kulner familyalı alman bunları yazıb: ““Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır”.
Hadiəslərin coğrafiyası və siyasi motivləri barəsində aparılan araşdırmalar zamanı məlu olur ki, ermənilər bu hadisələr zamanı yalan və saxta məlumatlarla o zaman Xəzər dənizində olan Rus donanmasını aldatmağa və onların şəhərə atəş aşmasına müvəffəq olmuşlar. Eyni zamanda Bakı ilə yanaşı Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə eyni motivli cinayətlərin işlənməsi insanlığa qarşı törədilmiş terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki. hadisələr zamanı insan itkisi ilə yanaşı sözgedən ərazilərdə tarixi abidələrə ciddi ziyan dəyib, infrastruktur demək olar ki, təmamilə dağıdılıb.
Soyqırımla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalanaraq erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu mənada Quba Soyqırımı Memorial Kompleksi ermənilərin təcavüzkar siyasətinin və soyqırımı hadisələrinin ifşa olunmasına, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Sonda o da qeyd olunmalıdır ki, aparılan məqsədyönlü siyasət nəticəsində ABŞ-ın bir sıra ştatlarında 31 mart – Azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib, bəyanatlar verilib.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı