Dünya Güləş Birliyinin reytinqinə daha 10 idmançımız daxil oldu

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı daxil edilib. Ötən ay keçirilən Dünya Kuboku yarışında yeni bir tarix yazan yunan-Roma güləşçilərimiz reytinq sıralamasında da nəzərəçarpacaq uğura imza atıb. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı nəticələrinə görə, fevral ayının reytinq sıralamasında birinci olublar. Məlumat üçün bildirək ki, Rafiq Hüseynov Dünya Kubokunda keçirdiyi 4 görüşdən hamısını qələbə ilə başa vurub.