Dünyada ötən sutka koronavirusa 469 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 469 mindən çox artıb.

Sabahinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 469 996 nəfər yeni koronavirusa yoluxub, 11 311 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 169 597 415, ölənlərin isə 3 530 582 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 916 501 nəfər. Siyahıda daha sonra Hindistan (27 894 800), Braziliya (16 391 930), Fransa (5 557 673), Rusiya (5 063 442), Böyük Britaniya (4 480 949), İtaliya (4 213 055), Argentina (3 702 422), İspaniya (3 663 176) və Almaniya (3 679 148) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.