Dövlət Yol Polisi İsarəsinin (DYP) əməkdaşları "MİDA" yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib.
Bu barədə Sabahinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, "MİDA" yaşayış kompleksinin sakinlərinin 050-8000-902 whatsapp nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilib.
Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.
Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.