Əlilliyi olan şəxslərin diqqətinə!

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir. Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir.

- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi;

- dövlət qurumlarına ünvanlanan ərizələrin, şikayətlərin və digər müraciətlərin tərtib edilməsi;

- dövlət orqanlarından və digər qurumlardan daxil olmuş rəsmi sənədlərin məzmunun izah edilməsi;

- digər növ hüquqi məsləhət xidmətlərinin göstərilməsi.

 

Hüquqi yardım xidməti üçün həftənin I-V günləri saat 10.00-dan 18.00-dək əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:

 

E-mail:[email protected]

Telefon və Whatsapp nömrələri: +994 514540529