Kişi nə qədər yaşlıdırsa, gələcək arvadı da bir o qədər gənc olur.
Mən ancaq evli olduğum kişilərlə yatmışam. Bununla lovğalanan, məgər, çox qadın var?
Valideynlərim mənə evliliyə hörməti öyrətmişdilər, ona görə də mən ərə gedirdim... Amma məni fahişə adlandırırdılar.
Zövq zamanla formalaşır. 20 il əvvəl ərə getdiyim kişilərin indi çoxunu heç nahara da dəvət etməzdim.
Məşhur olmadığım vaxtı xatırlamıram.
Kök olub cazibədar qalmaq olar. Hər şey daxilən özünü necə hiss etməyindən asılıdır.
Heç vaxt aktyorluq dərsləri almamışam, mən hisslərimlə oynamışam. Başa düşmüşdüm ki, özüm olmalıyam, duyğularımı dinləməliyəm.
Nəvələrimi ona görə çox istəyirəm ki, onlara tərbiyə vermək məcburiyyətim yoxdur. Bu, valideynlərinin işidir.
Yeri gəlmişkən, uşaqlarım öz uşaqlarını çox yaxşı tərbiyələndiriblər – istənilən halda mən yaxşı ana olmuşam.