Ərazilərimiz bundan sonra da ciddi qorunacaqdır

Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin sər¬kər¬¬¬də¬liyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycanın nüfuzunu xeyli yük¬səlt¬di. Son vaxtlar dünyanın iri dövlətləri Azərbaycanla iki- tərəfli əlaqələri daha da geniş¬lən¬di¬rir¬lər. Bu, həm siyasi əlaqələrin şəbəkəsinin və məzmununun genişlınməsində, həm də iqtisadi inkişafın təmin edilməsində əhəmiyyətlidir.

Dünya dövlətlərinin Azərbaycanla bu səviyyədə siyasi, iqtisadi, hərbi əməkdaşlıq etməsi dövlət olaraq Azərbaycana ehtiramın, inamın nəticəsidir.

Azərbaycan Ordusu ilə qürur duyuruq. Vətən müharibəsində böyük Zəfər qazanan ordumuz Zəfər¬dən sonra beynəlxalq təlimlərdə uğurla çıxış edir. Ordumuzu təmsil edən hərb¬çi¬lər “TurAz Şa¬hini -2021” birgə təlimlərində, Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimdə, Azərbaycan və Türkiyə Respublikalarının sualtı hü¬cum və sualtı müdafiə qrup¬la¬rının iştirak et¬diyi birgə təlim-məşqlərdə, Moskvada “Tank biatlonu”, “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak etdi, mükafatlar qazandı. İstər təlimlərdə, istərsə də müsabiqələrdə iştirak inamdır. Qon¬şu dövlətlər Azər¬baycan ordusunun qüdrətinə bələd olmasaydı, bu qüdrətlə hesablaşmasaydı, bu təlimlərə, müsabiqələrə dəvət olunmazdı...

Ordumuzun döyüş hazırlığının təkmilləşməsində əhəmiyyətli olan bu təlimlər, gələcəkdə də davam etdiriləcəkdir. Yəni qonşu dövlətlər Azərbaycan Ordusnunu döyüş hazırlığının daha da yüksələcəyinə, kifayət qədər ciddi tərəfdaş olduğuna inanır. Bu inam hər bir Azərbaycan və¬təndaşını qürurlandırır.

Ordu həmişə dövlət üçün prioritet olub, bundan sonra da olacaq.

Əminik ki, Müzəffər sərkərdəmizin rəhbərliyi ilə ordumuz ərazi bütövlüyümüzü bundan sonra da ciddiyətiylə qoruyacaqdır. Heç bir dövlət Azərbaycanın torpaqlarına me¬yil¬lən¬məyə cəsarət etməyəcəkdir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı