Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan sabah, iyunun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərində onu müşayiət edəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat verib.
S.Oğanın heyətlər arasında keçiriləcək geniştərkibli görüşdə iştirak edəcəyi də iddia olunur.
Sabahkı səfər çərçivəsində regional məsələlərin, o cümlədən Cənubi Qafqazdakı durumun müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.
İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.