Müğənni Afət Fərmanqızı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Sabahinfo.az bizim media-ya istinadən xəbər verir ki, rusiya vətəndaşı, iş adamı Mamed Nanacanovla ailə quran sənətçi rəsmi olaraq artıq onun soyadını götürdüyünü açıqlayıb.
Bu haqda isə Afət sosial şəbəkə hesabında məlumat yayıb.
Müğənni Nanacanova olduğu münasibəti ilə həyat yoldaşı tərəfindən hədiyyə "yağışına" tutulub. Mamed Afətə brilliant daşlı qızıl üzük hədiyyə edib.
Üzüyünü barmağına taxdığı anı çəkərək, sosial şəbəkə səhifəsində yayımlayan sənətçi "Bu gün soyadımı dəyişib Nanacanova oldum. Bu münasibətlə ərim mənə tək daşlı brilliant üzük aldı. Seçimi isə mənə buraxdı. Mən də bunu seçdim. Necədir?" şərhini yazıb.
Qeyd edək ki, Afət Fərmanqızı ailə qurduqdan sonra Rusiyaya köçüb.